Satış, barkod, kassa, anbar və müştəri kartı ehtiyacları olan market və mağazalar üçün proqram və POS avadanlığı seçimi.
Mağazanın gündəlik işini birləşdirək
Market, geyim, elektronika və digər pərakəndə satış nöqtələrində məhsul kartı, kassa və anbar məlumatı bir-birinə uyğun olmalıdır. Barkod, çəkili məhsul, qaytarma və sonradan ödəniş kimi əməliyyatlar proqram seçiminə təsir edir. Mağazanızın iş axınını öyrənib uyğun həll və POS avadanlığını birlikdə seçirik.
Görüşdən əvvəl nə hazırlamaq lazımdır?
- Məhsul siyahısı və barkod nümunələri
- Kassa, istifadəçi və anbar sayı
- Mövcud terminal, printer, skaner və tərəzi modelləri
- İstifadə etdiyiniz satış və hesabat qaydası
Proqramı öz nümunənizlə yoxlayın
Bir məhsul qəbulu, satış və qaytarma əməliyyatını ardıcıl sınayın. Sonra qalıq və satış məlumatını müqayisə edin. POS sistemi seçimi bələdçisi təqdimat suallarını hazırlamağa kömək edir. Məhsul və qalıq nəzarəti üçün anbar proqramına, müştəri kartı və bonus üçün loyallıq proqramına baxın.
Proqram və avadanlıq uyğunluğunu dəqiqləşdirmək üçün görüş təyin edək.
- Məhsul və barkod qeydiyyatı
- Satış və anbar uçotu
- POS avadanlıqlarının seçilməsi




